ONN İnformasiya Agentliyi

Bir qrup hərbi qulluqçu mükafatlandırılıb

Bir qrup hərbi qulluqçu mükafatlandırılıb
29-06-2018, 14:36


Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb.

ONN media xəbər verir ki, bu münasibətlə iyun ayının 29-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.

Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 339 nəfər hərbi qulluqçu medallarla təltif edilib. Onlardan 23 nəfərə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, 39 nəfərə 1-ci dərəcəli, 86 nəfərə 2-ci dərəcəli, 191 nəfərə isə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png