ONN İnformasiya Agentliyi

İşıqla bağlı son xəbər

İşıqla bağlı son xəbər
3-07-2018, 23:59


Bakının enerji təminatı bərpa edilib.

ONN media xəbər verir ki, bunu açıqlamasında "Azərenerji" ASC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və mətbuat katibi Yəhya Babanlı qeyd edib.

Qurum rəsmisi qeyd edib ki, hazırda regionlarda elektrik enerjisinin verilməsi təmin edilir:

"İşlər  yekunlaşmaq üzrədir. Ölkənin elektrik enerjisi sisteminin dayanıqlılığı bərpa olunur. 780 meqavatlıq Cənub elektrik stansiyası və Sumqayıt elektrik stansiyası işə salınıb".

"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə bildirib ki, paytaxt artıq elektrik enerjisi isə təmin olunub:

"Regionlarda da işıqla bağlı problem həll edilir. Ötürücü xətlərdə elektrik enerjisi olan kimi istehlakçılar işıqla təmin olunacaq".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png