"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti yanvarın 16-dan etibarən ölkə ərazisində baş verəcək qeyri-sabit hava şəraiti ilə bağlı hazırlıq tədbirləri görüb.
ONN media xəbər verir ki, bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, "Azərişıq" ASC nəinki qeyri-sabit hava şəraiti ilə bağlı, digər günlərdə də əhaliyə xidmət göstərmək, ölkə ərazisinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 24 saat işləyir: "Yanvarın 16-dan hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlıq "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə də daxil olub. Bununla əlaqədar istər Bakı şəhərində, ətraf kənd və qəsəbələrində, istərsə də bütün regionlarda növbətçilik təşkil olunması ilə bağlı əmr və sərəncamlar imzalanıb. Yanvarın 15-dən artıq bu sərəncam qüvvədədir. Məqsədimiz mütəmadi olaraq istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasıdır. Artıq yanvarın 15-dən yerlərdə bununla bağlı hazırlıq tədbirləri görülüb, mal-materiallar, maşın mexanizmləri hazır vəziyyətə gətirilib. Ucqar rayonlarda və kəndlərdə elektrik xətlərinin keçdiyi meşə sahələri, yaşıllıqlarda elektrik xətlərinə mane olan ağacların budanması da həyata keçirilib. Çalışırıq ki, hava şəraitindən asılı olmayaraq istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin edək, hətta qısamüddətli fasilələr də yaranmasın. Əgər bizdən asılı olmayan səbəblərdən bu cür hallar yaranarsa, əməkdaşlarımız onun operativ aradan qaldırılmasına hazır olmalıdır".
T.Mustafayev bildirib ki, əgər hər hansısa bir ərazidə elektrik enerjisinin verilməsində problem yaranarsa, bu barədə dərhal "199" Çağrı Mərkəzinə məlumat versinlər.



"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” tapşırıq verdi
SON DƏQİQƏ: Hal-hazırda paytaxtdakı vəziyyət AÇIQLANDI
"Azərişıq" həftəsonu ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
İşıqla bağlı əhaliyə müraciət
Bakı Metropolitenində açıq havada iş qadağan edildi
“Azərenerji” gücləndirilmiş iş rejimində çalışacaq
Düşmənin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 