ONN İnformasiya Agentliyi

AMEA prezidenti “Alimlər şəhərciyi”ndə inşaat işlərinin gedişi ilə tanış olub

AMEA prezidenti “Alimlər şəhərciyi”ndə inşaat işlərinin gedişi ilə tanış olub
3-07-2018, 16:45


AMEA-nın prezidenti, akademik Akif Əlizadə Abşeron rayonu Saray qəsəbəsində “Alimlər şəhərciyi” yaşayış kompleksində olub.

AMEA -dan ONN media -ya verilən məlumata görə, AMEA-nın İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev bu günə qədər görülən işlər barədə məlumat verib. Kompleksdə aparılan inşaat işlərinin gedişi ilə maraqlanan AMEA prezidenti müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə  salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində infrastruktur ən müasir tələblər səviyyəsində qurulmaqdadır.

“Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png