AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.
AMEA -dan ONN media -ya verilən məlumata görə, xarici ölkələrin elmlər akademiyalarının rəhbərlərinin iştirak etdiyi konfransda akademik Akif Əlizadə UMEA-nın 100 illik yubileyi münasibətilə təsis edilmiş medalla təltif olunub.
Tədbirdə çıxış edən AMEA rəhbəri Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda elmin inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, bu gün iki ölkənin ali elm mərkəzləri arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
UMEA-nın 100 illik tarixində böyük inkişaf yolu keçdiyini deyən akademik Akif Əlizadə bu qurumun nəinki ölkəsi, həm də xarici dövlətlər üçün yüksəkixtisaslı kadrlar yetişdirdiyini diqqətə çatdırıb.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin müdiri Zülfüqar Fərzəliyev və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev də iştirak ediblər.



Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib
Akif Əlizadə bu vəzifəni daşıyacaq
AMEA prezidenti istefa verdi
Alimlərimiz Sankt-Peterburqda keçirilən beynəlxalq forumda iştirak ediblər
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
Mehdiyevin istefa ərizəsi qəbul olundu: Yeni prezident...
AMEA-nın prezidenti Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
Akif Əlizadə: "Tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb"
“Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda konfrans işə başlayıb
AMEA prezidenti Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 