Qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib.
ONN media xəbər verir ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda yük maşınınin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan şəxslər hadisənin necə baş verdiyi barədə danışıb.
Kliniki Tibbi Mərkəzin şöbə müdiri Aydın Əlizadə isə REAL-a yaralanan sərnişinləri vəziyyəti barədə məlumat verib.