Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb. Qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib
ONN media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, məlum qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
R. Quliyev həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.
Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində ağır yol qəzası baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza 90-OJ-802 DQN yük maşınının 10-TF-383 DQN sərnişin avtobusuna çırpılması nəticəsində yaşanıb.
Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi olub. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.
Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə ölən şəxsin qadın olduğunu bildirib. Qeyd edib ki, qadın hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.



Bakıdakı qəza ilə bağlı cinayət işi açıldı
Bakıda dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açıldı
DYP-dən Sumqayıtdakı dəhşətli qəza ilə bağlı - Açıqlama
Bakı-Qazax yolundakı son vəziyyət açıqlandı
Bakı-Qazax yolunda ağır qəza - ÖLƏN VAR
Gəncədəki partlayışla bağlı cinayət işi başlandı
Sürücü həbs edildi
Zabratda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçdı
Hərbiçimizin ölümü ilə bağlı cinayət işi açıldı
Beş nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?
Bakıda tələbələrin ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ MƏLUMAT
Bakıda ana və oğlunun öldüyü ağır qəza ilə bağlı cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 