Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni mətbuat katibi təyin olunub.
ONN media Publika -ya istinadən xəbər verir ki, BŞİH-in yeni başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov Meriyanın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Kərimov bundan öncə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.