Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.
ONN media xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.
Ə.Əzizovun daha bir əmri ilə köməkçi vəzifəsinə Fətullayev Nazim Hüseynalı oğlu təyin edilib. N.Fətullayev daha əvvəl RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
M.Ağayevin hansısa vəzifəyə təyin olunub-olnmadığı hələ açıqlanmayıb.
Xatırladaq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman M.Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.
Ə.Əzizov 2018-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra M.Ağayev burada Hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. Bir neçə gün sonra isə RİH başçısı olan dayısının köməkçisi vəzifəsinə təyinat alıb.
Ə.Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan qısa müddət sonra M.Ağayevi özünün köməkçisi vəzifəsinə təyin etmişdi.



Yasamal Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi — SİYAHI
Azərbaycanda yüksək vəzifəli iki şəxs İŞDƏN ÇIXARILDI
Azərbaycanda yüksək vəzifəli iki şəxs İŞDƏN ÇIXARILDI
Azərbaycanda icra başçısının müavini işdən AZAD EDİLDİ
Yeni icra başçıları kollektivə təqdim olundu
İlham Əliyev yeni icra başçısı təyin etdi
Əziz Əzizova yeni vəzifə
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
Eldar Əzizovun qardaşı İŞDƏN ÇIXARILDI VƏ...
Həbsdə olan daha bir sabiq icra başçısının oğlu YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ
İcra Hakimiyyətində yeni təyinat
Əzizov onu aparat rəhbəri əvəzi təyin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 