ONN İnformasiya Agentliyi

Bu gün "Qara cümə"dir, bilirsinizmi?

Bu gün "Qara cümə"dir, bilirsinizmi?
23-11-2018, 11:40


Qara cümə. Yaşlı nəsildən çox az adam bu ifadənin mənasını bilər.

Bəlkə heç "Qara cümə"nin imkanlarından geninə-boluna yararlanan gənc nəsil də bunun mənasını bilmir. Bəs bu ifadə nə deməkdir, nə zaman yaranıb, niyə istifadə olunur?

ONN media xəbər verir ki, bazar iqtisadiyyatına - kapitalizmə öyrəşdikcə onun yeni-yeni ünsürləri ilə də tanış oluruq. Onlardan biri də "qara cümə" ifadəsidir.

Qara cümə ABŞ-da Şükranlıq günündən sonra gələn cümə gününə verilən addır. Həmin gündən başlayaraq ənənəvi milad alış-verişi mövsümü başlayır. Bu adət XIX əsrdə yaransa da "qara cümə" termini 1966-cı ildə meydana çıxıb, ilkin dövrdə əsasən ABŞ-ın Şərq sahillərində istifadə olunub. Şükranlıq günü noyabrın dördüncü cümə axşamı günündə keçirildiyi üçün "qara cümə" də 23-29 noyabr aralıqlarına düşür.

"Qara cümə" rəsmi bayram sayılmasa da işçilərin çoxu bu gün icazə alırlar. Yalnız ticarət sahəsində fəaliyyət göstərənlər istisnadır, çünki bu gün alıcıların sayı xeyli dərəcədə artır.

Qara cümə vaxtı mağazalar səhər saat beşdən, bəzi iri ticarət mərkəzləri isə gecəyarıdan açılır.

İlk alıcılara 50 faizdən 80 faizə qədər endirimlər təklif olunur.

Bu termin ilk dəfə Filadelfiyada peyda olub və Şükaranlıq günündən sonrakı cümə günündə yollarda yaranan tıxaclara görə istifadə edilib.

Terminin ingilis dilində müasir yozumu "in the black" ( "müsbət balans" deməkdir, bunun əksi isə "in the red" adlanır) idiomu ilə bağlıdır və həmin gün bir çox ticarətçinin "plyusa çıxacağını" ifadə edir.

"Qara cümə" Amerikada yaransa da tədricən dünyanın digər ölkələrinə də yayılıb. 2010-cu ildən Rusiyada, bir neçə ildir Azərbaycanda da böyük ticarət mərkəzlərində qeyd olunur.

O zaman xəbəriniz olsun: Bu gün "Qara cümə"dir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png