ONN İnformasiya Agentliyi

"28 may" stansiyasının girişi bağlandı - SƏBƏB?

"28 may" stansiyasının girişi bağlandı - SƏBƏB?
24-12-2018, 20:32


Bu gün axşam saatlarında "Bakı Metropoliteni"nin 28 May stansiyasının əsas girişi qısamüddətli bağlanıb.

ONN media xəbər verir ki, bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir: "Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb. Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png