Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq yaşanıb.
ONN media xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, metronun "20 yanvar" stansiyasında sıxlıq yaşanıb. Sərnişin sıxlığı qatarların gecikməsi səbəbindən yarandığı bildirilib.
Qeyd edirlər ki, "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "20 yanvar" və digər stansiyalarda 10 dəqiqəyə yaxın gecikib.
Məsələyə münasibət öyrənmək üçün Bakı Metropoliteni QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də, səhər saatlarında qatarların hərəkətində yubanmalar müşahidə olunub.
"Səhər metronun "Xalqlar Dostluğu" stansiyasında maşinist qatarının qapılarını yoxlamaq istəyib. Təlimat qaydalarına əsasən, şübhəli məqamlar olduqda maşinistin qapıları yoxlamağa ixtiyarı var. Yoxlamalar zamanı qatarın intervalında "28 may" stansiyasına qədər 2, "20 yanvar" stansiyasına qədər olan məsafədə isə 5 dəqiqə yubanma qeydə alınıb", - deyə qurum rəsmisi bildirib.
Bəxtiyar Məmmədov vurğulayıb ki, bununla da stansiyalarda sərnişin sıxlığı müşahidə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.



Metroda qatarlar gecikdi, sərnişin sıxlığı yarandı - AÇIQLAMA
Metroda növbəti problem- Nə baş verir?
Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?
Metro rəsmisindən pik vaxtda 7 dəqiqəlik gecikməyə CAVAB
Bakı metrosunda OLAY - Yeni qatars...
Metroda həyəcan- Qapılar bağlanmadı və...
Bakı metrosunda QAN LƏKƏSİ: qatarlar gecikdi
Metroda 9 dəqiqə gecikmə sıxlığa səbəb oldu
Bakı metrosunda qatarlar dayandı - SƏBƏB
Bakı metrosunda HƏYƏCANLI ANLAR: İşıqlar söndü, sərnişinlər qatarda qaldı
Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı
Bakı metrosunda qatar qapısıaçıq şəkildə hərəkət etdi - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 