ONN İnformasiya Agentliyi

“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı VİDEOÇARX

“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı VİDEOÇARX
02 Aprel 2021 - 13:45

Azərbaycan Televiziyası Aprel döyüşlərinin 5 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.

ONN media  bildirir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Fərqli tərtibatda hazırlanan və şüarı “Aprel zəfərini qürurla anırıq!” olan çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin başlanğıcı olduğu qeyd edilir.

Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük qayıdışın başlanğıcı olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png