ONN İnformasiya Agentliyi

Azərbaycanda sonsuz qadınların sayı artıb

Azərbaycanda sonsuz qadınların sayı artıb
28 Noyabr 2017 - 9:38

Son 11 ildə Azərbaycanda qadınlar arasında sonsuzluq halları iki dəfə artıb.

2005-ci ildə Azərbaycanda 1 117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb.

2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208 olub.

Hər 100 000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7 nəfər olub.

ONN media-nın məlumatına görə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova bildirib ki, Azərbaycanda son zamanlar süni mayalanma halları artıb.

O, bunun səbəbini sonsuzluğun çoxalması ilə izah edib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 7 368, 2012-ci ildə 7 575, 2013-cü ildə 7 972, 2014-cü ildə 6 840, 2015-ci ildə 6 950, 2016-cı ildə isə 6 146 uşağı olmayan ailədə boşanma qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Trend-ə verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Lakin sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png