ONN İnformasiya Agentliyi

“Azərişıq” sədrindən kadr dəyişiklikləri ilə bağlı ƏMR

“Azərişıq” sədrindən kadr dəyişiklikləri ilə bağlı ƏMR
13 May 2020 - 18:30

“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.

ONN media  xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ RETSİ-nin rəisi Zülfü Ağayev tutduqları vəzifədən azad ediliblər.

Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə, M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib.

“Azərişıq”ın Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı  təsdiq edib.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png