ONN İnformasiya Agentliyi

İmişlidə icra başçısından başqa kimlər saxlanılıb? – SİYAHI

İmişlidə icra başçısından başqa kimlər saxlanılıb? – SİYAHI
05 May 2020 - 16:03

Bu gün DTX tərəfindən İmişli Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı rayon icra başçısı Vilyam Hacıyevlə yanaşı, bir neçə vəzifəli şəxs də saxlanılıb.

ONN media xəbər verir ki, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaidov, rayonun maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri saxlanılıb. Bu şəxslərin hansının şübhəli şəxs qismində Bakıya gətirliməsi dəqiq bilinmir. Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png