ONN İnformasiya Agentliyi

İnternetin olmaması ilə bağlı rəsmi cavab

İnternetin olmaması ilə bağlı rəsmi cavab
05 May 2020 - 16:46

 

Son günlər sosial şəbəkədə internet problemi ilə əlaqədar müxtəlif şikayətlər paylaşılır. Budəfəki şikayət isə internet şəbəkəsinin ümumiyyətlə olmamasındandır.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Vətəndaş iddia edir ki, Abşeron rayonu, Mehdibad qəsəbəsi, Sülh küçəsində sakinlər internet xətti çəkdirə bilmir.

Ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Bu ərəfələrdə evdə qalan insanların daha çox internetdən istifadə etdiklərini nəzərə alsaq, bu kimi problemlərin həlli üçün operativ tədbirlərin görülməsi zəruridir.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, qurumun “Aztelekom” MMC xidməti ərazilərdə bir sıra infrastruktur layihələri həyata keçirir:

“Yeni yaşayış yerlərinin telefonlaşdırılması, nömrə tutumunun artırılması və yenidənqurma istiqamətində Abşeron rayonunda da işlər görülür. Layihə çərçivəsində Abşeron rayonu şəhər, kənd və qəsəbələrinin, yeni yaşayış massivlərinin kabelləşdirilməsi məqsədilə GPON layihəsi hazırlanıb.

Mehdiabad qəsəbəsi, Sülh küçəsi sakinlərinin mənzillərinə telefon və internetin çəkilişi müraciətlərinə cavab olaraq bildiririk ki, sözügedən layihə əsasında qəsəbədə dörd istiqamət üzrə xətt şəbəkəsinin tikintisi nəzərdə tutulub. Sülh küçəsi istiqamətində xətt şəbəkəsi magistral xətti quraşdırılıb, fiber-optik kabel çəkilib. Sakinləri telekommunikasiya xidmətləri ilə təmin etmək üçün tikinti-quraşdırma işləri davam etdirilir”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png