ONN İnformasiya Agentliyi

Kafe və restoranlar açıldıqdan sonra belə işləyəcək

Kafe və restoranlar açıldıqdan sonra belə işləyəcək
14 May 2020 - 16:34

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” əsasında qaydalar hazırlayıb.

TƏBİB-in açıqlamasında bildirilir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

– Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

– Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

– Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

– Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png