ONN İnformasiya Agentliyi

Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
05 May 2020 - 17:58

Əgər yoluxma halları artarsa, ola bilər ki, regional olaraq, yaxud da ölkə ərazisində karantin rejimi sərtləşdirilsin.

ONN media  xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.

“Hər birimiz normal həyat tərzinə qayıtmaq istəyirik. Amma ilk olaraq insanların sağlamlığı əsas məsələdir. Bu gün qaydalara heç kim riayət etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir. Hər kəs qaydalara riayət edib, maskadan istifadə etsin”, deyə o bildirib.

O bildirib ki, bu gün ümumi 76 yoluxma qeydə alınıb: “Bu, Bakı və regionlar üzrədir. Narıncı qeyd olunan bölgələrdə yoluxma halı çoxdur. Əgər yoluxma azalarsa, karantinin yumuşaldılması bu bölgələrdə də ola bilər. Lakin əksinə də müşahidə edə bilərik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png