ONN İnformasiya Agentliyi

Naxçıvan DYP-nin rəisi İŞDƏN AZAD EDİLDİ

Naxçıvan DYP-nin rəisi İŞDƏN AZAD EDİLDİ
14 Dekabr 2018 - 15:22

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev vəzifəsindən azad olunub.

ONN media qaynarinfo.az -a istinadla xəbər verir ki, bu barədə azpolitika.info-ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

A.Ağayev Naxçıvan Muxtar Resbublikası daxili işlər naziri Fazil Ələkbərovun əmri ilə vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Nazirin bu əmri gözlənilməz olub. Hətta ötən il sabiq DİN naziri Əhməd Əhmədovun vəzifəsindən azad olunmasından sonra Naxçıvanın daxili işlər orqanlarında aparılmış çox ciddi kadr dəyişiklikləri də A.Ağayevdən yan keçmişdi. O, Ə.Əhmədovun komandasına daxil olmuş, lakin yeni nazirin gəlişindən sonra vəzifəsini saxlaya bilmiş azsaylı kadrlardan idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png