ONN İnformasiya Agentliyi

Səfirliyimizə hücum edən şəxsin aqibəti necə oldu?

Səfirliyimizə hücum edən şəxsin aqibəti necə oldu?
20 Oktyabr 2022 - 10:29

Azərbaycanın Parisdəki səfirliyinə hücum edən şəxs Fransa paytaxtında həbs olunub.

ONN media xəbər verir ki, bu barədə fransız tarixçisi Maksim Qauin sosial şəbəkə hesabında qeyd edib.

Qauin bildirib ki, Daşnaksütyun Erməni İnqilabi Federasiyasının Fransadakı gənclər təşkilatının keçmiş sədri Loris Tufanyan bu gün səhər saatlarında həbs edilib:

“Yəqin ki, həbs Azərbaycan səfirliyindəki Mədəniyyət Mərkəzinə qarşı fırtınalı aksiya ilə bağlıdır”.

Xatırladaq ki, ötən ay erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzinə basqın etməyə cəhd edib: radikallar binaya boya atıblar, polisin müdaxiləsindən sonra onlar hadisə yerindən uzaqlaşdırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png