ONN İnformasiya Agentliyi

“Saat 8-dən 10-a kimi” – Yoluxmanın qarşısını almaq üçün VACİB TƏKLİF

“Saat 8-dən 10-a kimi” – Yoluxmanın qarşısını almaq üçün VACİB TƏKLİF
07 Aprel 2021 - 11:16

“Vaksinasiya başlayar-başlamaz karantin tədbirlərinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Vaksinasiya yalnız 70-80 faiz əhalini əhatə etdiyi halda effektivdir. Bu gün əhalinin 50 faizi vaksinasiya edilmiş olsa belə vaksin yolxuma sayını azaltmayacaq”.

ONN media  xəbər verir ki, bu sözləri “ARB24″ə Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusun yayılmasına ən çox ictimai nəqliyyatın səbəb olmasını nəzərə alsaq əhalinin iş saatlarına müəyyən dəyişiklik edilməsi mümkündür:

“Bununla pik saatlarında yüklənmənin qarşısını almaq olar. Məsələn, 08:00, 09:00 və 10:00 kimi fərqli saatlarda işə başlamaq mümkündür. Distant çalışmaq mümkündürsə, mütləq şəkildə buna keçmək lazımdır.

İşçilərin sayının azaldılması, ictimai nəqliyyatla bağlı dəyişikliklərin edilməsi və bu kimi tədbirləri görməklə tam qapanmanın qarşısını almaq mümkün ola bilər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png