ONN İnformasiya Agentliyi

Şimal bölgəsində bərk külək başladı – “Azərişıq” gücləndirilmiş rejimə keçdi

Şimal bölgəsində bərk külək başladı – “Azərişıq” gücləndirilmiş rejimə keçdi
07 Oktyabr 2019 - 11:57

Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” önləyici tədbirlər görür.

ONN media xəbər verir ki, bunu “Azərişıq” Açıq Səmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını almaq üçün əlavə texnika və canlı qüvvə cəlb edib: “Qarşıdakı 3 saat ərzində Şimal bölgəsində, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30-33 m/s çatacağı ilə bağlı məlumat əldə etmişik. Hazırda əməkdaşlarımız və texnika hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png