ONN İnformasiya Agentliyi

Sumqayıt yolunda 5 maşını vuran şəxs danışdı

Sumqayıt yolunda 5 maşını vuran şəxs danışdı
21 Oktyabr 2022 - 22:26

Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.

ONN media xəbər verir ki, Baku TV-yə açıqlama verən sürücü Elməddin Abbasov şəkər xəstəsi olduğunu və meyvə alveri etdiyini bildirib:

“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib-bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.

Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:

“Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi, uşaqlarımı bu iş sayəsində dolandırıram

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png