ONN İnformasiya Agentliyi

XİN-dən Çindəki vətəndaşlarımız ilə bağlı açıqlama

XİN-dən Çindəki vətəndaşlarımız ilə bağlı açıqlama
28 Yanvar 2020 - 14:39

Koronavirusun aşkarlandığı Çinin Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı danışıqlar aparılır.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uxan şəhərində olan vətəndaşlarımızın təxliyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”, – deyə XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png