ONN İnformasiya Agentliyi

Ərdoğan MÜJDƏ VERDİ: Kosmik raket bu tarixdə Aya enəcək

Ərdoğan MÜJDƏ VERDİ: Kosmik raket bu tarixdə Aya enəcək
09 Fevral 2021 - 23:16

Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli kosmik proqramın nümayişi mərasimində çıxışı zamanı məlumat verib.

Ölkə lideri qeyd edib ki, həmin ilin sonlarında kosmik raket Aya enəcək.

“Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır”, – dövlət başçısı deyib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Milli kosmik proqram çərçivəsində kosmosa öz vətəndaşını göndərməyi planlaşdırır.

Rəcəb Tayyib Ərdoğan ölkəni qlobal kosmik yarışının ən yüksək liqasına aparacaq Milli kosmik proqramı yol xəritəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezidentin sözlərinə görə, Türkiyənin Yerdən məsafəli ilk zondlama peyki olan “İmece” inteqrasiya prosesi başa çatıb və sınaqları davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png