ONN İnformasiya Agentliyi

Ərdoğana ELAN ETDİ: Türkiyədə növbədənkənar prezident seçkiləri…

Ərdoğana ELAN ETDİ: Türkiyədə növbədənkənar prezident seçkiləri…
23 Noyabr 2021 - 15:37

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının əyalət rəhbərlərinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyununda baş tutacaq.

“AK Partiya millətimizin qurduğu bir partiyadır. Millətimiz üçün hər bir xidməti həyata keçirmişik. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png