ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, dünən futbolçu Arda Turan ilə ailə həyatı quran Aslıhan Doğana ağır itki üz verib.
Belə ki, onun ən yaxın rəfiqəsi Mina Başaranın həyatını itirdiyi bildirilib.
Ən xoşbəxt günündə xoşbəxtliyini pozmaq istəməyən yaxınları Aslıhana bu xəbəri deməyiblər.
Qeyd edək ki, cütlük artıq 2,5 ildir ki, birlikdədirlər. Dünənki nikah mərasimlərində isə Ardanın şahidi prezident Rəcəb Tayyib Ərdoğan olub.