ONN İnformasiya Agentliyi

Ermənistan ordusunda daha bir ölüm faktı

Ermənistan ordusunda daha bir ölüm faktı
16-07-2022, 15:29

Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu, 1985-ci ildə anadan olmuş Kristine Çiçyan naməlum şəraitdə ölüb.

ONN media xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, ölüm bədbəxt hadisə nəticəsində baş verib. Kiçik çavuş Çiçyan yaralı halda hospitala gətirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Çiçyan hərbi hissənin tibb məntəqəsində feldşer işləyirmiş.

Ölüm faktı üzrə cinayət işi başlayıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png