ONN İnformasiya Agentliyi

İrəvanda dəhşət- Türkiyə vətəndaşının meyidi tapıldı

İrəvanda dəhşət- Türkiyə vətəndaşının meyidi tapıldı
28-07-2022, 12:45

İrəvanda Türkiyə vətəndaşının meyiti tapılıb.

ONN media xəbər verir ki, Şenqavit Polis Şöbəsinə Araratyan küçəsi 62/23 ünvanında fəaliyyət göstərən “Urban Logistics Services” şirkətinin həyətində kişi meyiti olması barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən yerdə Türkiyə dövlət nömrə nişanlı “İveco” markalı yük maşınının yanında kişi meyiti aşkarlayıblar.

Məhkəmə-tibb həkiminin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Ölən şəxsin kimliyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png