ONN İnformasiya Agentliyi

Tanklar və raket kompleksləri Moskvaya yeridildi

Tanklar və raket kompleksləri Moskvaya yeridildi
21-04-2018, 16:33


9 may Qələbə günü münasibəti ilə Qırmızı meydanda keçiriləcək hərbi paradla əlaqədar Moskvaya ağır hərbi texnika yeridilib.

ONN media  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb.

Şəhər kənarındakı təlim poliqonundan gətirilən hərbi maşınlar müvəqqəti olaraq Nijniyi Mnevniki küçəsinə cəmləşib.

Hərbi karvana “Tiqr” avtomobilləri, “BTR-82A” zirehli şəxsi heyət daşıyıcıları, “İsgəndər-M”, “Yars” raket kompleksləri, “Pansır-C” ,“S-400” zenit-raket kompleksləri, “Tayfun” zirehli avtomobilləri daxildir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png