Hindistan və Pakistan kimi iki nüvə gücü arasındakı aşağı intensivlikli müharibə bütün dünyada ciddi narahatlıq doğurur. Bu toqquşmaların regional balansı poza, hətta qlobal münaqişələrə səbəb ola biləcəyi qeyd olunur. Münaqişənin əsas səbəbi isə tərəflər arasında uzun illərdir həll olunmayan Kəşmir bölgəsi problemidir.
ONN media xəbər verir ki, bu barədə danışan Hindistanın tanınmış tarixçilərindən olan Sajal Nag iki ölkənin həm Kəşmir, həm də Banqladeş məsələləri ilə bağlı indiyə qədər üç dəfə müharibə apardığını xatırladıb.
"Barışıq ancaq hər iki xalqın öz tarixi ilə üzləşməsi və birgə keçmişlərini qəbul etməsi ilə mümkündür. Hindistan və Pakistan arasındakı münaqişələrin əsasında tarixi bir travma və sağalmayan bir yara dayanır. Münaqişənin iqtisadi və beynəlxalq aspektləri olsa da, əsasən bu qarşıdurmalar bir cəmiyyət və mədəniyyət travmasının izlərini daşıyır. Müsəlman və hind kimlikləri üzərindən baş verən bölünmə böyük kütləvi qırğınlarla nəticələndi və bu, iki xalqın ortaq gələcək qurmaq şansını demək olar ki, həmişə əngəllədi”, - o bildirib.
Qeyd edək ki, ötən gün Pakistan və Hindistan arasında atəşkəs barədə razılıq əldə edilib. Daha sonra isə iki ölkə arasında atəşkəsin pozulduğuna dair görüntülər yayılıb



SON DƏQİQƏ – Hindistanla Pakistan arasında növbəti TOQQUŞMA
Pakistan və Hindistan arasında GƏRGİNLİK - 8 hərbçi öldü
Hindistan Kəşmir xəttində ağ bayraq qaldırdı
Münaqişə YENİDƏN ALOVLANDI: ölənlər var
Pakistan-Hindistan arasında gərginlik artdı- VİDEO
SON DƏQİQƏ: Gərginlik müharibəyə keçdi - Ölənlər var, sığınacaqlar məhv edildi
Pakistan və Hindistan arasında nə baş verir?
Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
Kəşmirdə qan su yerinə axdı
İki ölkə savaş astanasında- Ərazi tərk edilir
Pakistan-Hindistan sərhədində gərginlik: Ölənlər var
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi 