ONN İnformasiya Agentliyi

Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi

Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi
6-05-2018, 23:12


Türkiyənin Ərzurum şəhərindəki hava limanında “Anadolujet” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində yanğın olub.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə təyyarənin uçuşa hazırlaşdığı zaman baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və yarana biləcək təhlükə aradan qaldırılıb.

Təyyarənin sərnişinləri təxliyyə olunub.

Hava gəmisi Ərzurum-İstanbul marşrutu ilə uçuşa hazırlaşırmış.

Yanğına benzin sızmasının səbəb olduğu deyilir. 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png