Zəngəzur Dəhlizi Orta Dəhlizin tərkib hissəsi olaraq, Türk dünyasının inkişafına verilən töhfənin mühüm amilidir.
ONN media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Türkiyənin Səlcuq Universitetində keçirilən simpoziumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun açılması Türk dünyasının potensialını daha da açacaq, onun resursları və sərvətləri türk xalqlarının rifahı naminə istifadə ediləcək. “Zəngəzur Dəhlizi Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə Binəli Yıldırım bildirib.
O, TDT ölkələri arasındakı ticarət göstəricilərinə toxunaraq bildirib ki, hazırda türk dövlətləri arasında 1,1 trilyon dollarlıq ümumi xarici ticarət dövriyyəsinə baxmayaraq, bunun cəmi 70 milyard dolları qarşılıqlı ticarətin payına düşür.
TDT Ağsaqqallar Şurasının rəhbəri, həmçinin 34 hərfdən ibarət ortaq türk əlifbasının tam istifadəsinin zəruriliyini də qeyd edib. “Ortaq türk əlifbası ilə bağlı iş məqamları razılaşdırılıb. Bu gün bu əlifbanın faktiki olaraq tətbiqi vacibdir. Hər şey ayrı-ayrı ölkələrin siyasi iradəsindən və onu tətbiq etmək səyindən asılıdır. Buna vaxt lazımdır”, - deyən B.Yıldırım yeni əlifba sayəsində TDT ölkələri sakinlərinin istənilən türk dilində oxuya biləcəyini qeyd edib.
TDT Ağsaqqallar Şurasının rəhbəri, eyni zamanda, Türk dünyasının ortaq tarixi üzrə dərsliklərin hazırlanması, gömrük prosedurlarının sadələşdirilməsi və infrastrukturun inkişafı kimi məsələləri də türk dövlətlərinin inteqrasiyasının gündəmində duran vacib məsələlər kimi diqqətə çatdırıb
Binəli Yıldırımdan Zəngəzur açıqlaması



Binəli Yıldırım İlham Əliyevi təbrik edib
Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Binəli Yıldırımdan Qarabağ açıqlaması
Binəli Yıldırım Şuşaya səfər edib
Binəli Yıldırım Şuşadan paylaşım etdi
TDT Zəngəzur dəhlizinin açılmasına hazırlaşır
Binəli Yıldırımdan Zəngəzur AÇIQLAMASI: İran və Ermənistan üçün...
Binəli Yıldırım Azərbaycana gəlir
Türk Şurasının adı dəyişdiriləcək: Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq
Binəli Yıldırım və Şamil Ayrımın olduğu avtomobil qəzaya düşüb
Binəli Yıldırımın son durumu necədir?
Rusiyadan AZAL-la bağlı açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Sabah yağış yağacaq
Azərbaycanda 63 yaşlı qadın ana oldu
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
Venesuelada zəlzələ qurbanlarının sayı 1450-yə çatdı
Neft yenidən bahalaşdı
Bakının bu rayonunda 3 saat işıq olmayacaq
Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi...
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə! 
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ