ONN İnformasiya Agentliyi

Venesuelada zəlzələ qurbanlarının sayı 1450-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 1450-yə çatdı
Bu gün, 11:26
Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Son məlumata görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 1450-yə, yaralananların sayı isə 3150-yə yüksəlib.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbərinin səlahiyyətlərini icra edən Delsi Rodriges videomüraciətində bildirib ki, ən çox zərər görən La Quayra ştatında əsas xidmətlərin bərpası istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, hazırda elektrik şəbəkəsinin 75 faizi, su təchizatının 68 faizi və avtomobil yollarının 90 faizi bərpa olunub.
Rodriges qeyd edib ki, bazar günü də dağıntılar altından sağ çıxarılan şəxslər olub. Bu səbəbdən axtarış-xilasetmə əməliyyatları dayandırılmayacaq və xilasedicilər işlərini davam etdirəcəklər.
Xarici KİV-in məlumatına görə, zəlzələdən sonra evlərini itirən sakinlərin yerləşdirilməsi üçün müvəqqəti düşərgələr yaradılıb. Eyni zamanda, zədələnmiş yaşayış binalarında təhlükəsizlik qiymətləndirmələri aparılır.
Bundan başqa, ABŞ, Kanada, Braziliya, Meksika, Almaniya və digər ölkələr Venesuelaya xilasetmə qrupları və humanitar yardım göndəriblər.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png