ONN İnformasiya Agentliyi

Türkiyədən pis xəbər

Türkiyədən pis xəbər
4-06-2018, 08:00


Türkiyənin Hakkari vilayətində PKK terror qruplaşması ilə qarşıdurmada üç türk hərbçisi şəhid olub.

ONN media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. Hadisə nəticəsində daha bir hərbçinin yaralandığı da bildirilir. Terrorçular hücum zamanı tank əleyhinə silahdan da istifadə ediblər.

Qeyd olunur ki, vilayətdə terrorçuların məhv edilməsinə yönəlmiş xüsusi əməliyyat başlanılıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png