Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında daha bir türk hərbçisi şəhid olub.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, "Zeytun budağı" əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PKK-nın Suriya qolu olan PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Əməliyyata öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.
Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər. Türkiyə Silahlı Qüvvətləri isə bu gün üçüncü şəhidini verib.



Kürdlərdən “Zeytun budağı” əməliyyatı barədə — ŞOK İDDİA
“Zeytun budağı”, 13-cü gün: 811 terrorçu məhv edildi
Daha bir şəhid xəbəri gəldi
Afrində 2 türk əsgəri şəhid oldu
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3500-ü keçdi
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 oldu
Türkiyə Silahlı Qüvvələri: "Afrində 1614 terrorçu zərərsizləşdirilib"
Türkiyə Silahlı Qüvvələri Afrinin 4 kilometrliyində
25 gündə 1439 terrorçu öldürülüb - Afrin əməliyyatı
"Zeytun budağı" ilə bağlı SON MƏLUMAT - 153 obyekt məhv edildi
Türkiyə daha bir şəhərdə hərbi əməliyyat keçirəcək – Ərdoğan təsdiqlədi
Türkiyə ordusu "Zeytun Budağı" əməliyyatında iki şəhid verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 