ONN İnformasiya Agentliyi

ABŞ-la bağlı Rusiyadan SƏRT AÇIQLAMA

ABŞ-la bağlı Rusiyadan SƏRT AÇIQLAMA
9-08-2018, 15:36


Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı rəsmi Moskvanın mövqeyini ortaya qoyub.

ONN media xəbər verir ki, sözçü keçmiş rusiyalı agent Sergey Skirpal və qızının İngiltərədə sui-qəsdə məruz qalmasına görə ABŞ-ın ölkəsinə 22 avqustdan etibarən ikinci hissəsini tətbiq edəcəyi sanksiyaların qəbuledilməz və qeyri-qanuni olduğunu bildirib.

Mətbuat konfransında jurnalistlərə açıqlama verən Peskov İngiltərənin Salisburi şəhərində baş verən sui-qəsddə Rusiyanın payı olduğu iddialarını rədd edib. O qeyd edib ki, İngiltərə mövzu ilə bağlı dəlil təqdim etməkdən, ən azı, bilgi paylaşmaqdan imtina edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png