ONN İnformasiya Agentliyi

Türkiyə ABŞ-ı məhkəməyə verəcək

Türkiyə ABŞ-ı məhkəməyə verəcək
15-08-2018, 15:33


ABŞ beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə təchizatından imtina edəcəyi təqdirdə, rəsmi Ankara hüquqi tədbirlər görmək niyyətindədir.

ONN media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın Ankarada təşkil edilən mətbuat konfransında bildirib.

"Türkiyə yalnız F-35-i satınalan ölkə deyil, biz həm də bu layihədə iştirak edirik. Pilotlarımız artıq bu təyyarələri necə idarə etmək lazım olması ilə bağlı təlimlər keçir. Amma zərurət yaranarsa, hüquqi tədbirlərə əl atacağıq. Ümid edirəm ki, vəziyyət bura qədər gəlib çıxmayacaq", - İ.Kalın deyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png