ONN İnformasiya Agentliyi

Türkiyədə atışma olub- ÖLƏNLƏR VAR

Türkiyədə atışma olub- ÖLƏNLƏR VAR
6-04-2025, 11:22
Türkiyənin Sakarya vilayətində silahlı insident baş verib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, silahlı insident iki qonşu arasında başlayan mübahisə nəticəsində yaranıb. Tərəflər bir-birinə atəş açmağa başlayıblar. Nəticədə 3 nəfər hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb. Atışma nəticəsində daha 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım xidməti cəlb olunub.
Atışmada iştirak edən 4 nəfər polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png