Konqo Demokratik Respublikasının (KDR) ərazisində qorxunc "Ebalo" virusu yenidən yayılıb.
ONN media xarici mediaya istinadla xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyi açıqlama yayıb.
Nazirliyin iyul ayında apardığı araşdırma nəticələrinə əsasən, ölkənin Şimali Kivu əyalətində yaşayan 120 nəfər xəstədən götürülən qan analizləri nəticəsində onlardan 90 nəfərində "Ebola" xəstəliyi aşkarlanıb. Həmin 90 nəfərdən 3-ü ölüb.
Beləliklə, "Ebola" xəstəliyindən ölənlərin sayı 50 nəfərə çatıb. Bəzi xəstələrdən qan nümunələri götürmək mümkün olmadığı üçün "Ebola"dan ölənlərin sayının daha çox olduğunu demək olar.
Qeyd edək ki, bu il avqustun 8-dən başlayaraq KDR-də 5773 nəfərdən qan nümunələri götürülərək analiz olunub.