Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət tendensiyaları alqışlayırıq.
ONN media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında meydana gələn bütün müsbət tendensiyaların inkişafına kömək edəcək.
“Biz bütün müsbət tendensiyaları alqışlayırıq. İndi onları inkişaf etdirmək və ehtiyatsız ritorika ilə zədələməmək əhəmiyyətlidir. Öz tərəfimizdən bu müxbət tendensiyalara bütün lazımı köməyi göstərəcəyik”, - Rusiyanın xarici siyasət idarəsinin sözçüsü vurğulayıb.