İsrail ordusu Qəzza zolağının cənubunda Refah şəhəri sərhədində yerləşən gözətçi qülləsinə havadan hücum edib.
ONN media publika.az -a istinadla xəbər verir ki, yerli hüquq mühafizə orqanları İsrail təyyarələrinin əraziyə 2 raket zərbəsi endirdiyini bildirib. Hadisə nəticəsində ölən və yaralananları olması barədə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, bu ilin mart ayından etibarən fələstinlilər Qəzza zolağı “Böyük qayıdış yürüşü” adı ilə mitinqlər keçirir.