İran-İraq sərhədində baş verən zəlzələ zamanı azı 70 nəfər yaralanıb.
ONN media xəbər verir ki, bu barədə "PressTV" İranın hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.
Daha əvvəl Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.
Məlumata əsasən, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.