ONN İnformasiya Agentliyi

ABŞ-dan Çinə qarşı ŞOK ADDIM

ABŞ-dan Çinə qarşı ŞOK ADDIM
26 Avqust 2020 - 21:16

ABŞ Çin hökumətinin Cənubi Çin dənizindəki ərazi iddialarını həyata keçirməkdə istifadə etdiyi 24 dövlət şirkətinə və onların rəhbər şəxslərinə qarşı viza və ixracat məhdudiyyətləri tətbiq edib.

ONN media  xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyi açıqlamasında həmin şirkətlərin Çinin bölgədəki “mübahisəli əraziləri ələ keçirərək silahlandırmaq” fəaliyyətlərinə kömək etdikləri bildirilir.

“Birləşmiş Ştatlar, Çinin qonşuları və beynəlxalq birlik Çinin Cənubi Çin dənizinə iddialarına qarşı çıxır və Çin hərbisi üçün süni adalar tikintisini pisləyir. Çin tərəfindən bu adaların təxribatçı tikintisində həmin qurumların əsaslı rolu müəyyənləşdirilib və onlar cavabdeh hesab olunmalıdır”, – ABŞ-ın ticarət naziri Uilbur Ross bəyanatda qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png