ONN İnformasiya Agentliyi

Afinada Türkiyə QORXUSU: Orduya əmr verildi…

Afinada Türkiyə QORXUSU: Orduya əmr verildi…
14 İyun 2020 - 13:46

Türkiyə ordusunun Aralıq dənizindəki təlimlərindən qorxuya düşən Yunanıstan da hərəkətə keçməyə başlayıb.

ONN media  xəbər verir ki, “Ta Nea” qəzeti Baş nazir Kiryakos Miçotakisin Yunanıstan donanmasındakı bütün qüvvələrə döyüş hazırlığına keçmək əmrini verdiyini yazıb.

Yunanıstan ordusunun Ədirnədən başlayaraq Egey dənizi və Krit sahillərinə qədər yüksək döyüş hazırlığına gətirildiyi bildirilib.

Qəzetin məlumatına görə, Türkiyəni Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verməyə hazırlaşan Baş nazir Miçotakis Müdafiə naziri Nikos Panagiotopulosu ABŞ-ın Kritdəki Souda hərbi bazasına göndərib. Panagiotopulosun amerikalılardan Türkiyəyə qarşı dəstək və yardım istədiyi bildirilib.(Axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png