ONN İnformasiya Agentliyi

Beyrut partlayışı ilə bağlı ŞOK MƏQAM

Beyrut partlayışı ilə bağlı ŞOK MƏQAM
30 Avqust 2020 - 11:48

Livan Hərbi Prokurorluğu partlayış günü Beyrut dəniz limanında işləyən qaynaqçılardan birini dindirib.

ONN media xəbər verir ki, Livan müstəntiqləri onun ekstremist qruplarla əlaqəli ola biləcəyindən şübhələnirlər.

Şübhəlinin avqustun 1-də limanda işə düzəldiyi müəyyənləşdirilib. O, daha öncə heç vaxt qaynaqçı işləməyib, öz ixtisası üzrə lazımi bacarıqları isə Yutubdan əldə edib.

İstintaq komissiyasının yekun rəyi iki ay ərzində hazır olacaq.

Qeyd edək ki, Beyrutda rəsmi açıqlamalara görə, anbarda saxlanılan tonlarla ammonium nitratın partlaması nəticəsində 170-dən çox insan həlak olmuş, 6 minə yaxın insan isə yaralanmışdı.

Partlayış nəticəsində demək olar ki, şəhərin yarısı dağılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png