ONN İnformasiya Agentliyi

Boris Consonun son vəziyyəti necədir?

Boris Consonun son  vəziyyəti necədir?
14 Aprel 2020 - 18:44

Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirus xəstəliyindən sonra sağalmaqda davam edir, bu səbəbdən həkimlər hələ ki, ona işə qayıtmağı tövsiyə etmirlər.

ONN media xəbər verir ki, Baş Nazir öz iqamətgahında sağalma dönəminə, həmçinin ölkədə baş verən hadisələri izləməyə davam edir.

Consonun vəzifəsini müvəqqəti icra edən Xarici İşlər naziri Dominik Raab ona hökumətin gələcək planları haqqında mütəmadi hesabat verir.

Xatırladaq ki, martın 27-də Boris Consonun koronavirusa yoluxduğu açıqlanmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png