ONN İnformasiya Agentliyi

Bu ölkədə İsrail səfirliyi önündə partlayış oldu

Bu ölkədə İsrail səfirliyi önündə partlayış oldu
21 Oktyabr 2023 - 15:10

Bu gün səhər saatlarında İsrailin Kiprdəki səfirliyi yaxınlığında partlayış baş verib.

ONN media xəbər verir ki, bu barədə “Cyprus mail” nəşri məlumat yayıb.

Məlumata görə, partlayış İsrail səfirliyinin girişindən 30 metr aralıda olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.Partlayışı törədən 17-21 yaşlarında olan dörd şəxs saxlanılıb. İlkin məlumata əsasən, onlar Kiprə Suriyadan gəlib.

Kipr polisi şübhəlilərin avtomobilinə baxış keçirən zaman orada iki bıçaq və bir çəkic aşkar edib. Avtomobilin 21 yaşlı sahibi silah saxladığı üçün saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png