ONN İnformasiya Agentliyi

Çarukyanın toxunulmazlığı LƏĞV EDİLDİ

Çarukyanın toxunulmazlığı LƏĞV EDİLDİ
16 İyun 2020 - 17:44

Ermənistan parlamenti Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

ONN media  xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib.

“87 deputat gizli səsvermə ilə Qagik Çarukyanın deputat toxunulmazlığının ləğv edilməsinin lehinə səs verdi. Qərar qəbul edildi”, – Mirzoyan bildirib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində axtarış aparıb, həmçinin Çarukyan istintaqa cəlb edilib. Ona qanunsuz fəaliyyəti nəticəsində dövlətə 62 milyon dollar ziyan vurduğu barədə ittiham elan edilib.

Parlament Çarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı Baş prokurorun təqdimatı əsasında bu gün səhərdən müzakirələr aparırdı.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png